Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib

   Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib
  14 Aprel 2025    Oxunub:908
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib.
Bu barədə mütəxəssisin 85 illiyi münasibətilə keçirilən tədbirdə məlumat verilib.  Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.

Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. O, 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb.

Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara sertifikat təqdim edib.

AzVision.az



Teqlər:





Xəbər lenti